Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-04-2024 , 23:22

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının Şəki rayon komitəsinin  hesabat-seçki konfransı keçirilib

Aprelin 19-da  Şəki bələdiyyəsinin iclas zalında  Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının Şəki rayon komitəsinin  hesabat-seçki konfransı keçirildi. Konfransın işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  təşkilat işləri və  məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev və Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov, Şəki şəhər bələdiyyəsinin sədri  Mayis Allahverdiyev, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri və fəalları iştirak etdilər.

Konfrans öz işini torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğurunda  canlarından keçmiş vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başladı.

Konfransın gündəliyi və iş qaydası təsdiq edildikdən sonra Şəki rayon komitəsinin  sədri Səyyarə Əliyeva  2017-ci ildən 2024-cü ilədək olan dövr üçün həmkarlar ittifaqı komitəsinin fəaliyyəti ilə bağlı  hesabat məruzəsi ilə çıxış etdi. Təftiş komissiyasının sədri Şahid Tağıyev hesabat dövrü ilə bağlı ətraflı çıxış etdikdən sonra rayon komitəsinin fəaliyyəti və gördüyü işlərlə bağlı konfrans iştirakçıları müzakirələrdə iştirak etdilər. Zəngin təcrübəyə malik yaşlı həmkarlar ittifaqı üzvləri  İslam Bəkirov, Kamil Məmmədov, Oktyabr Rəşidov  gənc həmkarlar ittifaqı üzvlər Əliheydər Abdullayev və Səyyarə Musayeva çıxış etdilər.

Konfransda çıxış edən Respublika komitəsinin nümayəndəsi M. Kərimov Respublika Komitəsində görülən işlərdən danışdı. Sonra Azərbaycan Həmkarlar İttifaqıları Konfederasiyasının (AHİK) məsul işçisi Elxan Şahverdiyev çıxış edərək AHİK-in sədri, Millət vəkili Səttar Möhbalıyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, görülən  işlər, həyata keçiriləcək tədbirlər barəsində  konfrans iştirakçılara geniş məlumat verərək yeni seçiləcək  rayon komitəsinin  sədrinə və həmkarlar ittifaqı üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə  çıxış edənlər  komitənin hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğuladılar.

Konfransda Əliyeva Səyyarə Vəli qızı Şəki  rayon Komitəsinin sədri və Musayeva Səyyarə Akif qızı ABİHİ-nin V Qurultayına nümayəndə seçildilər.

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024